Xöşbəxtliyin qaydaları: Yapon alimləri açıqladı

Xöşbəxtliyin qaydaları: Yapon alimləri açıqladı
Dünyanın ən çox uşləyə xalqlarından biri yaponlardır. Amma ən çox intihar edən xalq da elə yaponlardır. Tərslikdən dünyanın ən xöşbəxt xalqı da  yaponlardır.  Yapon alimlərin uzun zaman apardıqları araşdırmalar yüzlərlə insanı ölümdən qurtarıb. Həyata bağlayıb. Sfera.az saytı bu dəfə sizə yaponların qızıl qaydalarını təqdim edir. 
 
Alimlərin tövsiyyələrinə görə bu qaydalara əməl edənlər, xöşbəxt, sağlam yollarına davam edəcəklər.

Yuxu rejimi və keyfiyyətli yuxu gün boyu daha enerjili olmaq üçün çox əhəmiyyətlidir. Axşam tez yuxuya gedə bilmirsinizsə, o zaman bunun səbəblərini axtarın. Məsələn: çox gec saatda qəhvə içmək sizin yuxuya getməyinizə mane ola bilər. Gec saatda yemək yemək də rahat yatmağa mane olan amillərdəndir. 
Gündəlik iş rejimi və qaçaqaç insanın qamətinə təsir edir. Araşdırmalara görə, insanın qamətinin gözəl olması, onu sağlamlığından əlavə, psixoloji vəziyyəti üçün də son dərəcə faydalıdır. Hər zaman başınızı və çiyinlərinizi dik tutun. Beləliklə də daha pozitiv və xoşbəxt bir qış keçirə bilərsiniz.
Müasir zamanda bir çoxları hər anın fotosunu çəkərək sosial şəbəkədə paylaşmaq istəyir. Bunu edərkən təəssüf ki, yoldaşları və ya ailə üzvləri ilə keçirdiyi vaxtdan ləzzət ala bilmir. Xoşbəxt anların dadını çıxarmaq üçün telefonu bir kənara qoyun. Bir müddət telefondan uzaq olmaqla heç nə itirməzsiniz. 

Münasibətinizdəki bədbinlik özünüzə inama zərər verir. Sizi bədbəxt edən şəxslərə görə daha narahat və qeyri-müəyyən əhval-ruhiyyəyə köklənirsiniz. Sizə və fikirlərinizə dəyər verən və sizi xoşbəxt edən insanlarla birlikdə olmağa çalışın.


Araşdırmalara görə, həftədə, ən az 3 dəfə idman etmək depressiyaya düşmək riskini azaldır. Gündəlik həyatınızdakı hərəkətliliyinizi artırın və daha aktiv olun. Sağlam və xoşbəxtlik hormonlarını artıran qidalardan istifadə edin. Bol-bol su için. Bütün bu sadalananları edərək sağlam və rahat bir qış keçirə bilərsiniz.

Bütün gün dostlarınızla, ailənizlə vaxt keçirdiyinizdən özünüz yaddan çıxa bilərsiziniz. Bir müddət tək qalın və nə etmək istədiyinizi düşünün.

Özünüz üçün həyata keçirməli olduğunuz işlərin siyahısını hazırlayın. Planlı olmaq sizin motivasiyanızı artıracaq. Bu isə problemlərin içərisində çaş-baş qalmağınıza və ruhdan düşməyinizə imkan verməyəcək. Beləliklə də qışdan daha rahat və xoşbəxt halda çıxa biləcəksiniz.


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...