Türkiyə hərbi əməliyyatlara başlayır
09:03 / 24.12.2018
2749
Türkiyə Silahlı Qüvvələri bu gündən Suriyada hərbi əməliyyatlara başlayır.
Sfera.az xəbər verir ki, artıq Türkiyə hərbi texnikaları və xüsusi təyinatlı qüvvələri Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə yerləşdirilib.
Döyüşə tam hazır olan türk silahlı qüvvələrinin bu gün axşam əməliyyatlara başlayacağı bildirilir. Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir müddət öncə YPG-nin nəzarətində olan Menbiçə əməliyyatın başladılacağı ilə bağlı xəbərdarlıq etmişdi.