Telefon nömrələrinin satış qaydalarında mühüm - Dəyişiklik

Telefon nömrələrinin satış qaydalarında mühüm -  Dəyişiklik

Nazirlər Kabinetinin yeni qərarına əsasən, telefon nömrələrinin (Sim kartların) satış qaydalarında mühüm dəyişikliklər edilib. 

Hazırda yeni qərara uyğun olaraq, nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görülür. Bu məqsədlə, tezliklə mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq "Elektron hökumət" portalı üzərindən həyata keçiriləcək.

Sfera.az xəbər verir ki, portalın operatoru Məlumat Hesablama Mərkəzindən Azərtac-a verilən məlumata görə, mobil operatorlar üzrə abunəçi bazaları fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdıqdan sonra portal üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq. “E-hökumət” portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq.

Bununla yanaşı, portal vasitəsilə vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və sair) göndərmək imkanı yaradılacaq. “E-hökumət” portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq. Eyni zamanda, portala onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaran problem aradan qalxacaq.


OXŞAR XƏBƏRLƏR

Bu ölkədə iş saatı AZALDILDI

İspaniya hökuməti ifrat solçu Sumar partiyasının maaşlara toxunmadan iş həftəsinin 40 saatdan 37,5 saata endirilməsi təklifi ilə razılaşıb.   Sfera.a...

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....

Leyla Əliyeva Polad Bülbüloğlunu təbrik etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Xalq artisti, professor, millət vəkili, Azərbaycan Respublikası Milli Məc...

Güclü külək əsir - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, hazırda Bakıda və Abş...

Kruiz gəmisi 20 sərnişini sahildə unudub

Avropada çay kruizində olan bir qrup sərnişin gəmisi onlarsız yola düşdükdən sonra çətin vəziyyətdə qalıb. Hadisə 2023-cü ilin noyabrında Almaniyanın Nürnberq ş...

Mühərrik nasazlığından sonra təyyarənin pəncərəsindən bayıra atılan qadın: Cennifer Riordan

2018-ci ildə “Southwest Airlines”a məxsus Nyu-Yorkdan Dallasa uçan təyyarədə dəhşətli hadisə baş verib. Mühərrikində nasazlıq yarandıqdan sonra təyy...