Amerika təyyarədaşıyanı Fars körfəzinə girdi, İran raket atdı

Amerika təyyarədaşıyanı Fars körfəzinə girdi, İran raket atdı
ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxmasından bu yana ilk dəfə Fars körfəzinə Amerika təyyarədaşıyan qruplaşması daxil olub.
 
"Assosiated press” yazır ki, "Jhon C.Stennis” təyyarədaşıyanıın başçılığı ilə zərbə qruplaşması körfəzə daxil olarrkən İranın İnqilab Keşikliləri Korpusunun dəniz qüvvələrinin gəmiləri onu izləməyə başlayıblar.

Agentliyin məlumatına görə "hansısa məqamda” İran gəmiləri "qarşı tərəfə raketlər buraxıblar və havaya pilotsuz aparat qaldırıblar”.

Hadisənin digər detalları məlum deyil. Pentaqon hələlik insidenti şərh etməyib. "Assosiated Press” qeyd edir ki, Amerika təyyarədaşıyan qruplaşmasının Fars körfəzinə daxil olması İran hakimiyyətinin Hörmüz körfəzini neft tankerlərinə bağlaya biləcəyi barədə təhdidlərindən sonraya təsadüf edir. Hörmüz körfəzi Fars körfəzi ilə birləşir və oradan dəniz yolu ilə daşınan neftin üçdə bir hissəsi keçir.

Hörmüz körfəzi İranın və Omanın ərazi sularıdır, amma ümumən bu rayon beynəlxalq tranzit marşrutunun bir hissəsidir və Amerika gəmiləri də müntəzəm olaraq oradan keçir.


 

OXŞAR XƏBƏRLƏR

Bu yollarda hərəkət çətinləşib

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) isti...

Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeo...

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.   Sfera.az xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çin...

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...