“Universitetlərdə dövlət sifarişli yerlərin sayı artırılacaq” - Nazir

“Universitetlərdə dövlət sifarişli yerlərin sayı artırılacaq” - Nazir
"2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı əhəmiyyətli dərəcədə artırılacaq".

Sfera.az "Report"a istiandən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbələrinin II Qurultayında deyib.


C.Bayramov eyni zamanda ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağını qeyd edib.


Nazir xatırladıb ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunub: "Hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə oxuyur”.


O həmçinin əlavə edib ki, bütün təhsil pillələri üzrə səriştə əsaslı məzmunun hazırlanması, ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin artırılması, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, ümumilikdə kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, təhsil müəssisələrində azərbaycançılıq ideologiyasının təbliği işinin sistemli təşkili sahələrində iş aparılacaq.



 

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...