Gülnarə Məmmədova: "ANS-dəki bəzi həmkarlarımı toyuma çağırmadım" - FOTO

Gülnarə Məmmədova: "ANS-dəki bəzi həmkarlarımı toyuma çağırmadım" -  FOTO

Bir neçə gün əvvəl Bakıda xınayaxdısı olan ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədovatəəssüratlarını bölüşüb. 

Sfera.az xəbər verir ki, axşam.az-a açıqlama verən aparıcı məclisə az adam dəvət etdiyini bildirib. 

Özgür adlı türkiyəli iş adamı ilə ailə qurmağa hazırlaşan G.Məmmədova İstanbulda da toy olacağını bildirib:

"Bakıda xına gecəm oldu, bir də dostlarım, ailə tanışlarımız üçün kiçik məclis keçirdik. Uzun müddətdir ki, Azərbaycanda yoxam. Ona görə də çox adamı dəvət edə bilmədim. İstədiyim dostlarım yanımda oldular. Çağırdığım, amma qatılmayanlar da var idi. "Bağda ərik var idi, salam-əleyk var idi" məsəli... Bəzi çağırmadığım tanıdıqlarım da eşidib gəldilər. Hamısı sağ olsunlar. Şou-biznes əhlindən də mərd insanları gördüm. Uzun müddətdir efirdə yoxam. Çox adamı, hətta ANS-dəki keçmiş həmkarlarımdan bəzilərini də çağırmağa üzüm gəlmədi, utandım. Bir sözümlə gəlib iştirak edən sənət adamlarını gördüm. Rəqqasə Fatiməni çox sevirdim. Xınamı o apardı. O xanıma hörmətim daha da artdı. Böyük toy İstanbulda baş tutacaq. Bal ayına isti bir ölkəyə getməyi düşünürük".

G.Məmmədova aparıcılıq fəaliyyətindən də bəhs edib: 

"Karyeramı Türkiyədə də davam etdirə bilərəm. İşimə görə mənə qadağa qoyulmayıb". 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...