“Twitter” istifadəçilərinə xoş xəbər

“Twitter” istifadəçilərinə xoş xəbər

“Twitter” şəxsi mesajlara qoyulmuş 140 simvol məhdudiyyətini aradan qaldırıb. İndi istifadəçilər öz aralarında istənilən uzunluqlu mətnlər paylaşa bilər. 

Sfera.az ictnews.az-a istinadən xəbər verir ki, bu haqda “USA Today” nəşri yazıb.

Bu dəyişiklik avqustun 12-dən “Twitter”in bütün mobil proqramları,  həmçinin sosial şəbəkənin saytından yazan istifadəçilər üçün əlçatandır.

Standart ictimai mesajlara qoyulmuş məhdudiyyət (140 simvol) isə saxlanılır.

Qısa mesajlarla paylaşmağa imkan verən “Twitter” mikrobloqlar xidməti 2006-cı ilin iyulunda istifadəyə verilib. 2011-ci ildə xidmətin aktiv istifadəçilərinin auditoriyası ilk dəfə 100 milyonu ötüb.

Hazırda bu göstərici təxminən 302 milyon nəfər təşkil edir. Bütövlükdə “Twitter”də 500 milyondan çox istifadəçi qeydiyyatdan keçib.


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...