Cazibədar prokuror ittiham etdi

Cazibədar prokuror ittiham etdi
Simferoplun Kiyev rayon məhkəməsində Krımın prokuroru Natalya Poklonskaya Simferepol rayonunun tutulan prokuroru barədə ittihamı şəxsən özü səsləndirib.
ANS PRESS-in məlumatına görə, Poklonskaya vurğulayıb ki, cinayətkar Çernışenski Rusiya Federasiyasının Prokurorluğunun etibarını Krımda darmadağın edib.
Krımın prokuroru Natalya Poklonskaya qeyd edib ki, Simferopol rayonunun prokuroru haqqında gedən araşdırmaya şəxsən özü nəzarət edəcək. 
Simferopolun prokroru Çernışenski iri məbləğldə (400 min rubl) rüşvət alarkən yaxalanıb. Krım prokurorluğu bildirib ki, “aparılan istintaq tədbirləri zamanı Simferopol rayonunun prokuroru saxlanılıb.”
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə bildirib ki, Krımın 60-dan çox məmuru rüşvət aldığına görə vəzifəsindən azad edilib.
"Dövlət və bələdiyyə əmlakı ilə bağlı geniş yayılmış kriminal sxemdir. Korrupsiya hallarının müşahidə olunması ilə bağlı Krımın 60-dan çox vəzifəli şəxsi, o cümlədən yuxarı səviyyəli orqanlarının təmsilçiləri işdən azad olunub",- deyə Patrusev bu barədə milli təhlükəsizliyə təhdidlərlə mübarizə məsələlərinə həsr olunmuş səyyar iclasda bildirib.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...