Üç dərman şirkəti birləşdi - "Zəfəran" Şəbəkəsinin sahibi ləğv edildi

Üç dərman şirkəti birləşdi -
"Vergilər” qəzetinə istinadən xəbər veririk ki, "Shafran” MMC və "Avestafarm” MMC-nin fəaliyyətinə xitam verilərək "Azəri Med” MMC-yə qoşulublar.

Elanda deyilir ki, "”Azəri Med” MMC, "Shafran” MMC və "Avestafarm” MMC-nin fəaliyyətinə xitam verilərək ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir”.

Qeyd edək ki, "Azəri Med” şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur.

"Shafran” MMC isə məşhur "Zəfəran” apteklər şəbəkəsinin sahibi – hüquqi təmsilçisidir.

/yeniçağ.az
 

OXŞAR XƏBƏRLƏR