Prokurorluq özünü yandıraraq ölən qadınla bağlı məlumat yaydı

Prokurorluq özünü yandıraraq ölən qadınla bağlı məlumat yaydı

Bakı şəhər Prokurorluğu paytaxtda qadının özünü yandıraraq intihar etməsi faktı ilə bağlı məlumat yayıb. 

Bakı şəhər Prokurorluğundan Sfera.az-a daxil olan məlumata görə, avqustun 13-də saat 19:30-da paytaxtın Nəsimi rayonu, S.Vurğun küçəsi 73 saylı ünvanda yerləşən “Bakı Mərkəzi Bazar” MMC-yə məxsus bazarın ərazisində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızının üstünə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətlərindən orada vəfat etməsi faktına görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilir. 

İstintaqla müəyyən edilib ki, X.İmanova əvvəllər “Şəxsiyyətin isterik tipli pozuntusu özünü kəsmə və isterik tutmalar” diaqnozu ilə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 №-li Klinik Psixiatriya Xəstəxanasında stasionar müalicə alıb.

Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...