Sayımız 10 milyona yaxınlaşır

Sayımız 10 milyona yaxınlaşır

İlin əvvəlindən Azərbaycan Respublikasında əhalinin sayı 52,3 min nəfər və ya 0,5 faiz artaraq 2015-ci ilin iyul ayının 1-i vəziyyətinə 9 milyon 644 min 300 nəfərə çatıb. 

Sfera.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən (DSK) Trend-ə bildiriblər ki, iyulun 1-dək ölkədə əhalinin bir kvadrat kilometrinə olan sıxlığı 111 nəfər olub. Əhalinin ümumi sayının 53,1 faizi şəhərlərdə, 46,9 faizi kəndlərdə yaşayır.

Azərbaycanda cinsi say üstünlüyü yenə qadınların tərəfindədir. Hazırda ölkədə əhalinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardır və ya hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.

Yaş kateqoriyalarına gəldikdə isə respublikada əhalinin 22,4 faizi 0-14 yaşda, 71,6 faizi 15-64 yaşda, 6 faizi isə 65 və yuxarı yaş həddindədir.

2015-ci ilin ilk altı ayı ərzində ölkədə 78,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,6 təşkil edib.

Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini isə qız uşaqları təşkil edir. Körpələrin 1370-i əkiz, 48-i isə üçəm doğulanlardır.

Ötən ilin müvafiq dövrünə nisbətən ölkədə ölüm halları (200 nəfər) azalıb. Eyni zamanda, bu dövrdə respublikada bağlanan nikahların da sayında azalma (200 fakt) müşahidə edilib. Bunun əksinə olaraq, boşanmaların sayı isə (500 fakt) artıb.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...