Qurban təsdiqlədi, Reynaldo artıq Bakıdadır - “Müqaviləsinə şərt saldıq...”

Qurban təsdiqlədi, Reynaldo artıq Bakıdadır - “Müqaviləsinə şərt saldıq...”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Reynaldonun Ağdam klubuna qayıtmaq söhbətlərinə münasibət bildirib.
 
O, braziliyalının qayıdışını təsdiqləyib. Qurbanov həmçinin, Reynaldoya xüsusi şərt qoyulacağını bildirib:

"O, artıq Bakıdadır. Sabah tibbi müayinədən keçəcək. Hər şey yaxşı olarsa, müqavilə imzalanacaq. Buradan gedişindən əvvəl son zamanlar əyləncəyə meyilli olmuşdu. Onunla bu barədə söhbətimiz olacaq. Hətta müqaviləsinə şərt salınacaq"./qafqazinfo
 

OXŞAR XƏBƏRLƏR