Artur Tovmasyan: “ Nikol Paşinyan Qarabağı Azərbaycana qaytaracaq "

Artur Tovmasyan: “ Nikol Paşinyan  Qarabağı Azərbaycana qaytaracaq

Son günlər Qarabağ klanı ilə rəsmi Yeravan arasında soyuq savaş gedir.

 

Sfera.az xəbər verir ki,  işğal edilmiş Qarabağdakı qondarma rejim rəsmi Yerevanın tələblərini yerinə yetirmir. Bu da Nikol Paşinyan komandasını qəzəbləndirib. Qondarma "dqr”nın lideri Bako Saakyanın Yerevana dəvət edilməsi məhz "qulaqburma”nı xatırladırdı.

 

Erməni parlamentindəki "Hayrenik" fraksiyasının üzvü Ararat Tovmasyan, www.aravot.am saytına verdiyi müsahibədə  gizli məqamlara aydınlıq gətirib.  Ararat Tovmasyan general  Levon Mnatsakanyanın istefaya göndərilməsini belə şərh edib:” Levon ermənilərin əfsanəvi komandiridir. Onun istefaya göndərilməsi Nikol Paşinyan komandası tərəfindən Qarabağın Azərbaycana qaytarılmasına işarədir. Son çıxışlar onu deməyə əsas verir ki, çökmüş erməni iqtisadiyyatını qaldırmaq üçün Nikol Paşinyan  Qarabağı Azərbaycana qaytaracaq. ”

 


OXŞAR XƏBƏRLƏR