Klub prezidentini tənqid etdi, qovuldu
22:43 / 16.12.2018
4664
Türkiyənin "Ankaragücü” klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.
Sfera.az xəbər verir ki, baş məşqıçının istefaya göndərilməsinə səbəb 16-cı turda keçirilən "Sivassspor” - "Ankaragücü” matçından sonra Kartalın klub rəhbərliyini tənqid etməsi olub. İsmayıl Kartal 0:4 hesablı məğlubiyyətdən sonra mətbuata açıqlamasında uğursuzluqda klub rəhbərliyini günahlandırmışdı. O, 6 aydır məvacib almadıqlarını və buna görə də futbolçuları oyuna kökləyə bilmədiklərini deyib. Qeyd edək ki, "Ankaragücü” Superliqada 16 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.