Tuba Büyüküstün imicini niyə dəyişdi? - FOTO
16:53 / 18.08.2015
1848
Məşhur türk aktrisası Tüba Büyüküstünün illərdir görməyə alışdığımız uzun qara saçlarını dibindən kəsdirdiyini eşidən hər kəs buna üzülmüşdü. Sfera.az gecce.az-a istinadən xəbər verir ki, Tubanın bu addımının arxasında böyük bir dəstəyin dayandığı bəlli olub. Belə ki, Tuba Büyüküstün xərçəngdən əziyyət çəkən uşaqlara dəstək üçün bu addımı atıb. Saçlarını kəsib, Vakıfa bağışlayıb. Bunu eşidən sevənləri aktrisa ilə qürur duyublar.