Millimizə yeni baş məşqçi təyin olundu

Millimizə yeni baş məşqçi təyin olundu
Karate üzrə Azərbaycanın kişilərdən ibarət milli komandasına yeni baş məşqçi təyin olunub.
 
Karateçilərimizi türk mütəxəssis Bahəttin Kandaz çalışdıracaq.

Yeni baş məşqçini heyətə təqdim edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qarşıya qoyulan məqsədələrə nail olmaq üçün ona uğurlar arzulayıb. Azərbaycan karateçiləri kimi dünyada tanınan milli komanda ilə çalışmağa dəvət olunuğundan şərəf duyduğunu ifadə edən Kandaz Azərbaycan karatesinin dünyadakı imicini qorumağa və ona həvalə olunan bu məsuliyyətdi işdə böyük həvəslə çalışacağını, eləcə də hədəflərə çatmaq üçün qazandığı təcrübəni əsirgəməyəcəyini bildirib. O, qarşıdakı fəaliyyət planı barədə qısa məlumat verib və nəzərdə tutulan işlərin müsbət nəticələrə səbəb olacağına inandığını söyləyib.

1968-ci ilin iyunun 25-də Türkiyənin Girəsun şəhərində doğulan Kandaz İstanbulda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1982-ci ildən karate ilə məşqul olan mütəxəssis, 20 illik idmançı karyerasında dünya və avropa çempionatlarının dəfələrlə mükafatçısı, həmçinin klublar arası dünya dünya və Avropa çempionu olub. 50 yaşlı mütəxəssis 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayıb və 2014-cü ildə İsveçrənin Bazel şəhərinə klub məşqçisi kimi işləməyə dəvət olunub. Məşqilik dövründə bir neçə yetirməsi dünya və Avropa çempionatlarının qalib və mükafatçısı olub.

Kandaz üç ay əvvəl Böyük Britaniyaya məşqçi kimi dəvət alsa da, Azərbaycan milli komandasını çalışdırmaq təklifinə üstünlük verib. Böyük Britaniyada isə məsləhətçi kimi işləmək razılığına gəlib. Kandazın Azərbaycan milli komandası ilə ilk rəsmi yarışı yanvarın ikinci yarısında Fransada ilin ən nüfuzlu Karate1 Premyer Liqa tirniri olacaq.
 

OXŞAR XƏBƏRLƏR

Şəmkirdə dəhşətli yol qəzası: 9 nəfər öldü

Şəmkirdə ağır yol qəzası baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeyd...

Azərbaycan bankında 170 milyon manatı olan Cahangir Əsgərov ölkədən çıxdı

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb.   Sfera.az "Unikal"a...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz&quo...

Nadir və ağrılı xəstəlik səbəbindən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...