Erməni general qovuldu: Mitinqlər başladı

Erməni general qovuldu: Mitinqlər başladı
Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası"nda paytaxtı Xankəndi şəhərində mitinqlər başlayıb.
 
Sfera.az xəbər verir ki, qondarma "DQR-in müdafiə naziri” Levon Mnatsakanyan postunda qovularaq Karen Abraamyanla əvəzlənməsi geniş ajotaş yaratmışdı.

Xankəndi şəhərində mitinqin olmasını qondarma "Dağlıq Qarabağ Respublikası"Təhlükəsizlik Şurasının katibi Vitaly Balasanyan 168.-am saytına açıqlamasında təsdiq edib. Vitaly Balasanyan daha sonra deyib:”Problem var. Amma kimlərsə  bizim aramızda rusiya meylli adamların olduğunu yazır. Biz Nikol Paşinyanla aprelin 9-da görüşmüşük. Problemimiz yoxdur. Bəli Levon Mnatsakanyan işdən azad edilib. Amma bunun mitinqlərə heç bir aidiyyatı yoxdur. ”

OXŞAR XƏBƏRLƏR