Tamerlan Qarayev Asiyadan çağırılıdı, Avropa ölkəsinə səfir təyin edildi

Tamerlan Qarayev Asiyadan çağırılıdı, Avropa ölkəsinə səfir təyin edildi
Prezident İlham Əliyev daha iki sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, dövlət başçısı Tamerlan Elmar oğlu Qarayevi Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.

İlham Əliyev başqa bir sərəncamla Tamerlan Qarayevi Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

OXŞAR XƏBƏRLƏR