Qondarma respublikada hakimiyyət böhranı: Həbs edilənlər var

Qondarma respublikada hakimiyyət böhranı: Həbs edilənlər var

Qondarma "DQR”-da hakimiyyət böhranı yaşanır.

 

Sfera.az xəbər verir ki, qondarma "DQR”-nın təhlükəsizlik şurasının katibi Vitaly Balasanyan və prezident məsləhətçisi Arşavir Qaramyan da vəzifəsindən azad olunub. Hakimiyyət böhranın əsl səbəbi kimi, Ermənistanda keçrilən seçkilərdə Nikol Paşinyana dəstək verməyənlərin cəzalandırıldığı bildirilir.Rusiyaya meylli siyasətçilərin Paşinyanın çətiri altına girmədiyi artıq bəllidir.

 

İstər Qarabağdakı erməni ordusunda, istərsə hakimiyyətdəki Rusiya meylli qüvvələr Paşinyana açıq savaş açıblar. Artıq bir neçə yüksək rütbəli hərbçinin və məmurun həbs edildiyi bildirilir.

 

Qondarma respublikanın keçmiş baş naziri Araik Harutyunyan Moskvada verdiyi açıqlamada Nikol Paşinyanı dişsiz siyasətçi adlandırması buna bir sübutdur.


OXŞAR XƏBƏRLƏR