“Qarabağ” “Arsenal”a qarşı

“Qarabağ” “Arsenal”a qarşı
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.
 
Azərbaycan çempionu "Qarabağ” da bu turnirin cari mövsümündə sonuncu oyununa çıxacaq.

Ağdam təmsilçisi son turda İngiltərənin "Arsenal” klubunun qonağı olacaq. Bu komandaların yer aldığı E qrupunda meydan sahibləri ilə Portuqaliya "Sportinq”i 1/16 finala vəsiqəni təmin etdiyindən, görüş formal xarakter daşıyır.

Ağdamlıların "Arsenal”la ilk oyunu Bakıda baş tutub və "topçular” 3 cavabsız qolla qalib gəliblər. "Qarabağ” həmçinin "Sportinq”ə hər iki görüşdə uduzub (0:2, 1:6). Ukrayna "Vorskla”sı ilə duellərdə isə evdə minimal hesabla uduzan Azərbaycan çempionu səfərdə oxşar hesabla qalib gəlib - 1:0. "Arsenal” isə poltavalıları hər iki oyunda üstələməklə yanaşı (4:2, 3:0), "Sportinq”dən yalnız səfərdə güclü olub (1:0, 0:0).
Matç formal xarakter daşısa da, "Qarabağ” qrup sonuncusu olmamaq üçün səy göstərməlidi. Hazırda Ağdam komandası "Vorskla” ilə eyni – 3 xala malik olsa da, ukraynalılar top fərqinə görə öndədilər. Poltava təmsilçisi 4 top vurub, 6 qol buraxdığı halda, Azərbaycan çempionu qapısında 12 qol görüb və cəmi 2 dəfə fərqlənib.

Avropa Liqası
E qrupu
13 dekabr
00:00. Arsenal - Qarabağ
Baş hakim: Yens Moe.
Yan xətt hakimləri: Lars Hummelqor, Heyne Serensen.
Əlavə köməkçilər: Yorgen Burxardt, Morten Kroq.
Dördüncü hakim: Esper Dal (hakimlər briqadası Danimarkadandır).
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Styrbjörn Oskarsson (Finlandiya) 
London. "Emireyts” stadionu
00:00. Sportinq - Vorskla
Arsenal - 13, Sportinq - 10, Vorskla - 3, Qarabağ - 3.
 

OXŞAR XƏBƏRLƏR

Şəmkirdə dəhşətli yol qəzası: 9 nəfər öldü

Şəmkirdə ağır yol qəzası baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeyd...

Azərbaycan bankında 170 milyon manatı olan Cahangir Əsgərov ölkədən çıxdı

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb.   Sfera.az "Unikal"a...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz&quo...

Nadir və ağrılı xəstəlik səbəbindən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...