\"İlin əvvəlindən bizim hüquqi şəxslər üzrə müştəri bazamız 25% artdı\" - MÜSAHİBƏ
10:54 / 13.12.2018
3606
Bank VTB (Azərbaycan) ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilovun We&WorldEconomics jurnalına müsahibəsi:
2019-cu ildə Bank VTB (Azərbaycan) ASC-nin 10 yaşı tamam olacaq. Necə düşünürsünüz, bank qarşısına qoyduğu əsas hədəfə, yəni Azərbaycanda və Rusiyada fəaliyyət göstərən iş adamlarının tərəfdaşı olmağı bacardımı?
2009-cu ildə biz yerli bazara daxil olarkən Azərbaycanla Rusiya, o cümlədən MDB məkanın digər ölkələri və Gürcüstanın işgüzar dairələri arasında özünəməxsus körpü olmağı qarşımıza əsas məqsəd kimi qoymuşduq. Biz iqtisadiyyatın real sektoru ilə əməkdaşlığa və azərbaycanlı iş adamlarının xarici bazarlara çıxışını dəstəkləməyə kökləndik.
Cari ilin əvvəlindən bizim hüquqi şəxslər üzrə müştəri bazamız 25% artdı və hazırda 1425 nəfərə çatıb ki, bunlardan 60%-i Rusiya ilə dövriyyəsi olan transsərhəd şirkətlərdir. Onlardan bəziləri Rusiya kapitalına malikdir. Hazırda Azərbaycanla Rusiya arasında əlaqələr bütün sahələr üzrə inkişaf edir. Rəsmi məlumata əsasən, 2018-ci ilin birinci yarısında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 15%-dən çox artaraq təxminən 1,5 mlrd. ABŞ dollarına çatıb. Mənim fikrimcə, ticarət dövriyyəsinin həcmi artmağa davam edəcək və iki ölkənin biznesi arasında "maliyyə körpüsü" rolunu oynayan bankımız gələcəkdə dövriyyələrin və müştərilərimizin sayının stabil artımını proqnozlaşdırır.
Biz milli valyutalarda hesablaşmalara keçid imkanlarına da önəmli yer ayırırıq. Belə ki, bankımız milli valyutada hesablaşmaları və maliyyələşməni nəzərdə tutan xüsusi məhsullar təklif edir.
Bank VTB (Azərbaycan) ilə əməkdaşlıq edən iş adamları hansı üstünlükləri əldə edirlər?
Xaricdə işgüzar əlaqələr quran azərbaycanlı iş adamlarının və biznes strukturlarının sayı durmadan artır. Əksər hallarda söhbət ticarətdən, bəzən xidmət və ya istehsaldan gedir ki, bu da mütəmadi olaraq müxtəlif bank əməliyyatlarının aparılmasını zəruri edir. Beləliklə, Azərbaycan şirkətləri üçün həm ölkə daxilində, həm də xaricdə keyfiyyətli və zəmanətli bank məhsullarının vacibliyini ön plana çıxır.
Təcrübə göstərir ki, belə olan hallarda ən yaxşı seçim Bank VTB (Azərbaycan) kimi beynəlxalq şəbəkəyə malik olan bankların xidmətindən yararlanmaqdır.
Əsas üstünlük ondan ibarətdir ki, müştərilər eyni bankın xarici nümayəndəliklərinin xidmətlərindən istifadə edə bilsin. Bu, bir çox prosesləri sürətləndirir və sadələşdirir, eyni zamanda qənaət etməyə imkan verir. Buna misal olaraq qeyd edim ki, VTB Qrupu çərçivəsində beynəlxalq hesablaşmalar üzrə tariflər kifayət qədər aşağıdır.
Gələcəkdə VTB Bank (Azərbaycan) korporativ bankçılığa fokuslanmış strategiyaya sadiq qalacaqmı?
Bizim üçün Azərbaycanda fəaliyyət göstərən, xaricdə tərəfdaş axtaran və yeni bazarlara çıxış imkanlarını nəzərdən keçirən müəssisələrin dəstəklənməsi, maliyyələşdirilməsi və kreditləşdirilməsi əsas prioritet olaraq qalır. Məqsədimiz Azərbaycanın işgüzar dairələrinin sənədli və tranzaksiya biznesinin artımını nəzərdə tutan xarici ticarət əməliyyatları üzrə əsas hesablaşma bankına çevrilməkdir. Bu, bizim mövcud strategiyamızın əsas hissəsidir və biz bunu gələcəkdə də qorumağa çalışacağıq.
Bununla yanaşı, biz pərakəndə bizneslə də işləməyə davam edəcəyik. Qeyd edim ki, fiziki şəxslərə də korporativ kanallar üzərindən - əməkhaqqı layihəsi çərçivəsində xidmət oluna bilər.
Biznes mühiti nöqteyi-nəzərdən 2018-ci ili necə dəyərləndirirsiniz?
Dünya Bankı tərəfindən təqdim olunan Doing Business-2019 hesabatına əsasən, Azərbaycan 57-ci yerdən 25-ci pilləyə qalxıb ki, buna səbəb sahibkarlıq subyektlərinin fəaliyyətini asanlaşdıran və ölkədə işgüzar mühitin yaxşılaşdırılmasına hesablanan 60-dan çox islahatın aparılmasıdır.
Bu islahatlar sahibkarlarlığın və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına olduqca müsbət təsir edir və yerli istehsalın stimullaşdırılmasına, ixrac potensialının artırılmasına hədəflənib. Biz hər il yerli şirkətlərin sayının artdığını və iqtisadiyyatın stabil inkişaf etməsinin şahidi oluruq.
Bankın 2019-ci il üzrə əsas hədəfləri hansılardır?
2019-cu ildə biz korporativ bizneslə, xüsusilə yeni məhsul və xidmətlərin yaradılması və təklif olunması üzərində işləməyə davam edəcəyik. Bu yaxınlarda Bank VTB (Azərbaycan) beynəlxalq faktorinq xidmətini işə salacaq ki, bu da xarici bazarlara məhsul ixrac edən yerli sahibkarların imkanlarını genişləndirəcək. Bu xidməti Azərbaycan üçün unikal saymaq olar. Belə ki, xidmətin yaradılmasında VTB Qrupa daxil olan "VTB Faktorinq" şirkəti də iştirak edir. Bu xidmət çərçivəsində biz debitor borcun maliyyələşdirilməsini öz üzərimizə götürürük, zamin qismində isə "VTB Faktorinq" çıxış edir, üstəlik, şirkətin biznes-analizini də məhz o aparır.
Bu məhsulun tanıdılması üçün biz AZPROMO, Azərbaycan İxracatçılar Klub kimi təşkilatlarla, habelə mövcud müştərilərimizlə işləyirik. Bundan başqa, biz istehsal və nəticədə Rusiya Federasiyasına ixrac etdiyi məhsulun həcmini artırmaq istəyən şirkətlərə Bank VTB (Azərbaycan)-a müraciət etməyə və faktorinq çərçivəsində zəruri maliyyələşmənin əldə olunmasını təklif edirik.
Kiçik və orta biznes üçün biz "Kassa-hesablaşma xidməti paketi" məhsulunu hazırlayırıq. Paketə daxil olan xidmət və əməliyyatlar müəyyən həcmdə və müəyyən olunmuş tariflər üzrə təklif olunacaq. Məhsul elə formalaşıb ki, müştəri keyfiyyətli bank xidməti ilə təmin olunur, eyni zamanda kassa-hesablaşma xidmətlərinə çəkilən xərcləri optimallaşdırır.
Bundan başqa, biz kiçik və orta biznes üçün overdraft xidmətini təklif edirik. Həmçinin, bank xidmətlərin rəqəmsallaşdırılmasına da böyük diqqət ayırmaq niyyətindədir: mobil tətbiqimiz təkmilləşdiriləcək, internet bankçılıq xidmətimiz yeni funksiyalar əlavə edildikdən sonra daha rahat və cəlbedici olacaq.
Sizcə biznesin hansı istiqamətləri hazırda daha perspektivlidir?
Hazırda Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına hədəflənib. İqtisadiyyatı diversifikasiya edərək hökumət ənənəvi neft sektorundan əldə olunan gəlirləri digər prioritet istiqamətlərin inkişafına yönəldir. Bu, ilk növbədə kiçik və orta sahibkarlıq sahələrinin inkişafına impuls verməlidir. Öz növbəsində Bank VTB (Azərbaycan) bu sahənin müxtəlif seqmentlərində reallaşdırılan layihələrə dəstək verməyə hazırdır. Söhbət aydın və şəffaf inkişaf strategiyasına, zəruri təminata və savadlı idarəetməyə malik olan tikinti, kənd təsərrüfatı, nəqliyyat, qida, sənaye sahələrindən gedir. Sahibkarlar hər zaman bizim dəstəyimizə arxalana bilərlər.
Azərbaycan bazarı üçün nəzərdə tutulan məhsulların hazırlanmasında VTB-nin beynəlxalq təcrübəsindən istifadə edirsinizmi?
Sözsüz ki, bizə baş ofisimizin və VTB Qrupa daxil olan digər bazarlarda uğurla fəaliyyət göstərən bankların təcrübəsi çox kömək edir. Qrupun bütün uğurlu təcrübələrini yerli bazara uyğunlaşdıraraq müştərilərimizə təklif edə bilərik.
Bununla yanaşı, geniş beynəlxalq şəbəkəmiz hesabına biz müştərilərimizə MDB, Avropa, Asiya və Afrika ölkələrində güzəştli və kompleks xidmətlər də təklif edə bilərik.