Sumqayıta qatarla gedişin qiyməti açıqlandı

Sumqayıta qatarla gedişin qiyməti açıqlandı

Bakı-Sumqayıt qatarında gediş haqqı 50 və ya 70 qəpik ola bilər.

Bunu Trend-ə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamenti artıq bu barədə təkliflərini Tarif Şurasına təqdim edib.

Qiymətləri Tarif Şurasının müəyyənləşdirəcəyini deyən N.Əzməmmədov gediş haqqının kart sistemi ilə olub-olmayacağına da aydınlıq gətirib:

«Qərar yaxın vaxtlarda verilməlidir. Çünki sentyabrın 15-ə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir. Qiymətlər barədə qərar veriləndən sonra çalışacağıq ki, burada da kart sistemini tətbiq edək. Amma yəqin ki, kart sistemi bir müddət sonra tətbiq olunacaq. Çünki bu, bir az zaman alan məsələdir».

Mətbuat katibi bildirib ki, Bakı-Sumqayıt dəmiryolunda son tamamlama işləri aparılır, layihədə 63 kilometr yeni xəttin tikintisi nəzərdə tutulub.

Bakı-Sumqayıt xəttinə buraxılacaq qatarlar «Stadler Rail Group» şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunub. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır.


OXŞAR XƏBƏRLƏR

ABŞ rəsmilərinin “Güc vasitəsilə sülhə nail olmaq” tezisi nədən xəbər verir? - AÇIQLAMA

“Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək”. Bu barədə ABŞ Dövlət katibi En...

Məşhur bazarın yanındakı evlər də söküləcək - Kompensasiya nə qədər olacaq?

Keşlə bazarı kimi tanınan ticarət mərkəzi ilə yanaşı həmin əraziyə yaxın evlərin də söküntüsü planlaşdırılır.   Sfera.az milli.az-a istinadən xəbər v...

Çempionlar Liqasında həlledici görüş Bakıda keçiriləcək

FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının 3-cü, yəni ta...

“Milan” səfərdə qalib gəldi, “Yuventus”dan heç-heçə - VİDEO

İtaliya A Seriyasında 19-cu turdan təxirə salınmış oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, “Milan” “Komo”nu səfərdə məğ...

Naxçıvanda hərbi sursat aşkar edildi - FOTO

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonu, Yeni Kərki və Qabıllı kəndləri ərazisində hərbi sursatlar aşkar edilib.   Sfera.az xəbər verir ki,...

Azərbaycanda bu şəxslərin maaşları ARTIRILDI

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib. Mi...