"Barselona" ulduz futbolçunu transfer edir

İdman
23:06 / 12.12.2018
2513
"Çelsi"nin futbolçusu Alvaro Morata İspaniyaya qayıda bilər.
26 yaşlı hücumçunun agentləri onu "Barselona"ya təklif ediblər. Tərəflər arasında danışıqların ilkin mərhələsinin artıq Londonda olduğu bildirilib. Moratanın "Çelsi"dən ayrılmağa hazır olduğu vurğulanıb.
Qeyd edək ki, A.Morata 2017-ci ildə "Real"dan İngiltərə təmsilçisinə transfer olunub.