Məhkəmə erməni generalı həbsdə saxladı

Məhkəmə erməni generalı həbsdə saxladı
Ermənistanın Müdafiə Nazirinin sabiq müavini, erməni millət vəkili Manvel Qriqoryanın həbs müddəti daha iki ay uzadıldı.
 
Sfera.az xəbər verir ki,  məhkəmə onu  41,000 dollar qarşısında zaminə buraxmaqdan imtina edib.
 
Generalın vəkili  Arsen Mkrtçyan məhkəmənin qərarından sonra jurnalistlərə deyib:
"Məhkəmə istintaqın tələbini təmin etdi. Bizim vəsadətimizi isə rədd etdi. Belə ki, müdafiə etdiyim şəxs daha iki ay həbsdə qalacaq."


OXŞAR XƏBƏRLƏR