Ərdoğan Qarabağ savaşı üçün zəmanət gözləyir
Türkiyə Rusiyanı Qafqazdan çıxarmaq üçün müharibəyə hazırlaşır.
Sfera.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Foreign Affairs” nəşri yazıb.
Nəşr qeyd edir ki, Türkiyə sadəcə Birləşmiş Ştatlardan zəmanət gözləyir: “Hər şeydən əvvəl,
bu həmlə boğazlarda və Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq məqsədi daşıyır.
Bunun üçün Dağlıq Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər, hansı ki, artıq belə bir vəziyyət yetişib”.
“Foreign Affairs” əlavə edir ki, Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirəcək:
“Bu ittifaq Rusiyanın tamamilə Qafqazdan çıxarılmasına, dolayısı ilə NATO-nun bölgəni təsir dairəsinə almasına
səbəb ola bilər. Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması qarşılığında buna hazırdır. Xüsusilə
prosesdə Türkiyə varsa, Bakı yox deməyəcək. Ermənistan əraziləri qaytarmaq istəməsə də, onlar iqtisadi yardım
qarşılığında buna məcbur olacaqlar”.
Nəşr Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın fevralın 18-nə planlaşdırılan Bakı səfərində bu və digər mühüm
məsələlərin müzakirə ediləcəyini iddia edir.