Beynəlxalq Bank FİCO sistemini tətbiq edəcək

Beynəlxalq Bank FİCO sistemini tətbiq edəcək
Azərbaycan Beynəlxalq Bankı (ABB) çirkli pul yuyulması və terrorun maliyyələşdirilməsi hallarına qarşı FİCO Tonbeller proqram təminatından yararlanacaq.
 
Bu barədə FİCO şirkətinin rəsmi saytındakı məlumata görə, ABB uyğunluq risklərindən boyun qaçırmaq üçün "Siron” modullarından, o cümlədən müştərilərin davranışına və transaksiyalara nəzarət (SironAML), müştərilərinin scrinninqi və risklərinin qiymətləndirilməsi (SironKYC), transaksiyaların cari vaxt üzrə scrinninqi üçün (SironEmbargo) istifadə edəcək. Yeni proqram təminatı sayəsində bankın mürəkkəb ssenarilər, süzgəçlər, o cümlədən açar söz və meyarlar yarada biləcəyi də qeyd olunur.

"Dünya maliyyə bazarlarının cari vəziyyətini, çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi ilə bağlı risklərin artmasını nəzərə alaraq Azərbaycan Beynəlxalq Bankı bu cür riskləri minimuma endirmək və həmkarları ilə əməkdaşlığı təmin etmək istiqamətində addımlar atıb”, – ABB-ın idarəçi direktoru Fuad İslamov bildirib.

ABB FİCO-nu seçənədək beş ay ərzində bazarı ətraflı araşdıraraq uyğunluğa avtomat nəzarətin əsas məhsullarını qiymətləndirib.
 
/Report.az
 

OXŞAR XƏBƏRLƏR

Bakıda yoldakı vəziyyət sürücünü maddi ziyana saldı - FOTO

Bakıda yolda yaranan vəziyyətə görə sürücünün maşını xarab olub.   Sfera.az bildirir ki, sürücü Binəqədi qəsəbəsi üçüncü mədən küçəsi ilə hərəkətdə o...

Şeyxülislam: “İrəvanda məscidlərimizi bərpa edəcəyik”

"Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir".   Sfera.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlma...

Rusiya aeroportunda 50-dən çox aviareys təxirə salındı

Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” aeroportunda 50-dən çox aviareys təxirə salınıb.   Sfera.az xarici KİV-ə istinadən xəbər v...

"Fənərbağça" və "Beşiktaş" onun üçün yarışır

Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klubları “Milan”ın cinah hücumçusu Noa Okaforu transfer etməkdə maraqlıdır.   ...

Rəqsanədən boşanma iddialarına CAVAB: "Ayrıldıq səninlə, boşandıq BİTDİ" - VİDEO

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla boşanma iddialarına cavab verib.   Sfera.az xəbər verir ki, o, bu barədə video çəkd...

Azərbaycanda növbəti torpaq hərracları ELAN EDİLDİ

Avqustun 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 3 torpaq müsabiqəsi və 16 hərrac keçirəcək. &n...