Sağlam olmaq üçün nə vaxt yatmaq lazımdır?

Sağlam olmaq üçün nə vaxt yatmaq lazımdır?
Alimlərdən ibarət olan beynəlxalq araşdırma qrupunun "European Heart Journal"da nəşr etdirdiyi tədqiqat işində insanın sağlamlığı üçün ən uyğun yuxu müddətinin 6 ilə 8 saat arasında olması qeyd olunub.

İnsan sağlamlığı üçün ən uyğun yuxu müddətini müəyyənləşdirməyi qarşısına məqsəd qoyan müşahidələr təxminən 8 il çəkib. 35-70 yaş arasında 116 mindən artıq insanın yuxu qeydiyyat dəftərlərini təhlil edən mütəxəssislər həddindən artıq yuxunun ürək-damar xəstəliklərindən ölüm riskinin artması ilə əlaqəli olduğu nəticəsini əldə ediblər.

Araşdırma çərçivəsində yuxusu 8-9 saat arasında çəkən insanların ölüm riskinin təklif edilən saat aralarında yatan insanlara nisbətən 5% artdığı məlum olub. 9-10 saatlıq yuxunun ciddi xəstəliyə yoluxma riskini 7%, 10 saatdan artıq yuxunun bu riski 41%-ə qaldırdığı müəyyənləşdirilib.

Alimlər hesab edir ki, gecələr 6 saatdan az yatan insanlarda bəzi hallarda gündüz yuxusu da ürək-damar xəstəliklərinin inkişafına təkan verir. Digər tərəfdən, ekspertlər əksər hallarda gündüz yuxusunun gecə əskik qalan saatları bərpa etdiyi üçün dəyərlərin normallaşmasını təmin etdiyini qeyd edir.Sputnik.az

OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...