Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ
Gələn ildən dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsindən sonra xidmətlərin pullu olacağı ilə bağlı söz-söhbətlər gəzir.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a deyib ki, gələn ildən dövlət xəstəxanalarında xidmətlərin pullu olacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.


"Bu, əhalini narahatlığa yönəldən təxribatçı bir məlumatdır. Amma icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq dövlət xəstəxanalarının bir qismi ola bilər ki, publik hüquqi şəxsə çevrilsin. Publik hüquqi şəxs o demək deyil ki, pullu xidmət göstərəcək. Publik hüquqi şəxs o deməkdir ki, xəstəxanalar sığorta fəaliyyətinə cəlb olunacaq və vətəndaşın müayinə, müalicə xərcləri İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödəniləcək”.

Deputat bildirib ki, ola bilər ki, sığorta qanunvericiliyində dəyişiklik olsun və müayinənin, müalicənin cüzi bir hissəsi vətəndaş tərəfindən ödənilsin.

"Sui-istifadə hallarının qarşısının alınması və nəzarət məqsədilə vətəndaş ödəniş edə bilər. Amma xəstəxanaların pullu olacağı ilə bağlı xəbərlər doğru deyil. Sadəcə olaraq, xəstəxanalar publik hüquqi şəxsə çevriləcək, vətəndaşın müayinə və müalicə xərcləri İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödəniləcək. İndiki halda isə xəstəxanalar Tibbi Sığorta Agentliyi ilə müqavilə bağlaya bilmirlər. Çünki  onların nizamnamə və əsasnaməsində xərcləri dövlət büdcəsi qarşılayır”.


M.Quliyev qeyd edib ki, bütün dövlət xəstəxanaları birdən-birə publik hüquqi şəxsə çevrilməyəcək:

"Bu proses tədricən baş verəcək. Hər halda xəstəxanaların publik hüquqi şəxsə çevrilməsinin vətəndaşlara çox böyük xeyri olacaq. Tibbi xidmətin keyfiyyəti də artacaq,  Tibbi Sığorta Agentliyi insanların bütün məsrəflərini qarşılayacaq. Vətəndaş isə əlini cibinə salası olmayacaq. Publik hüquqi şəxsə çevrilmək o demək deyil ki, xəstəxanalar özəl klinikalar kimi vətəndaşdan pul alacaqlar və daha sonra xidmət göstərəcək. Xeyr, belə bir şey olmayacaq. Ödəniş Tibbi Sığorta Agentliyi tərəfindən sığorta hesabına ödəniləcək”.


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...