Ramiz Mehdiyev "rəngli inqilablar"dan yazdı
23:57 / 18.08.2015
2170
""Rəngli inqilablar" ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür" |
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb.
Sfera.az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, R.Mehdiyev bu kitabında Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh edir və buna maneələr yaradan amilləri açıq şəkildə göstərir.
Akademikin bu kitabı Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından olduqca dolğun və tutarlı faktlarla zəngin bir siyasi yanaşma kimi qiymətləndirilməlidir: ""...rəngli inqilablar" istənilən regionda əmin-amanlıq üçün təhlükə yaradır və yalnız ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür”.
“Şərq-Qərb” nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.
Kitabda Sovet İttifaqı dağıldıqdan sonra dünyada yaranmış ictimai-siyasi vəziyyət geniş təhlil edilir, “Ərəb baharı”nın, “məxməri” və “rəngli” inqilabların həqiqi səbəblərindən söhbət açılır.