110 dövlət əmlakı özəlləşdirilir - VAXT

İqtisadiyyat
16:37 / 10.12.2018
3603
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 15 yanvar tarixində reallaşacaq.
Əmlak Məsələləri Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 110 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 18-i qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətidir.
Xidmət fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün Bakı şəhəri, Zirə qəsəbəsi, N.Hüseynov küçəsindəki 91 saylı mağaza uyğun seçim ola bilər. Qeyd edək ki, bu dövlət obyektinin ümumi faydalı sahəsi 190,5 kv.m-dir.
Dövlətə məxsus səhmlərinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri sırasında isə kəndkimya, nəqliyyat, inşaat, təmir və sair sahələrə aid müəssisələr var. Hərraca 30%-45%-lik səhm paketləri çıxarılan əmlaklara "Bərdə Kərpic”, "Şamaxı Dəmir Beton”, "Xırdalan Nəqliyyat", "Kürdəmir Quşçuluq” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.