Trumpdan şok qərar - Hamı 50 dollar ödəyəcək

Trumpdan şok qərar - Hamı 50 dollar ödəyəcək
ABŞ hökuməti ölkəyə gəlmək istəyən istənilən xarici ölkə vətəndaşının ərizələri üçün bundan sonra 50 dollar alacaq.
 
Bu haqda qərar bir neçə gün öncə verilib.
 
Belə ki, 2019-cu ilin yanvarından immiqrasiya tətbiqi üçün hər kəs 50 dollar ödəyəcək. Bu yalnız ərizələr üçün ödəniləcək rüsumdur.
 
Qeyd edək ki, Donald Trump hələ hakimiyyətə gəldiyi ilk gündə ölkəyə yaşamağa gələnlərlə bağlı yeni qanun lahiyəsi hazırlanacağını bildirmişdi. Artıq ABŞ rəhbərliyi ölkəyə köçmək istəyənlər üçün yeni qanun layihəsi üzərində işləyir.
 
Ancaq immiqrasiya ərizəsi üçün bundan sonra ABŞ-a 50 dollar ödəyəcək. Bu haqqı ödəyə bilməyənlərin tətbiqi rədd ediləcək. ABŞ Vətəndaşlıq və İmmiqrasiya İdarəsi hazırda 300.000 immiqrasiya ərizəsinə baxır. 

Seymur
Sfera.az

OXŞAR XƏBƏRLƏR