Erməni nazir Azərbaycana silah satan ölkələri hədələdi

Erməni nazir Azərbaycana silah satan ölkələri hədələdi
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Milanda keçirilən ATƏT Nazirlər Şurasının iclasında ATƏT ölkələrini hədələyib.
 
Sfera.az xəbər verir ki, erməni nazir Azərbaycana silah satan ölkələri hədəf alıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həllində irəlləyişin olmadığını deyən nazir, Azərbaycanın hücum silahlarını aldığını önə çəkib. Erməni nazir daha sonra deyib:
 
”Azərbaycana silah satan ölkələr nədənsə tərəfdaşlığı pozurlar. Bu davam etsə, biz həmin ölkələrlə əlaqələrimizə bir daha baxacağıq”.
 
Qeyd edək ki, Azərbaycan ərazisini işğal edən Ermənistan Silahlı Qüvvələri 26 ildir ki, işğal etdiyi ərazini və beynəlxalq təşkilatların tələblərini yerinə yetirmir.

Seymur
Sfera.az






 

OXŞAR XƏBƏRLƏR