Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyətini Lavrov açıqladı

10:27 / 10.12.2018
2108
Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyəti dənizində baş verən hər bir şeyə görə beş dövlətin öz məsuliyyətini təsdiq etməsidir, bu sənəd Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığının inkişafına güclü təkan verəcək.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiyalı nazir bildirib: "Aktaudakı Xəzər sammiti dənizin hüquqi statusuna dair Konvensiya üzərində iyirmi ildən artıqdır davam edən işə yekun vurdu. Bu, ilk növbədə Xəzərin bizə verdiyi faydalardan - enerji və bioloji resurslardan və nəqliyyat imkanlarından daha səmərəli istifadə etmək üçün tələb olunurdu. Mən hesab edirəm ki, Konvensiyanın əsas nailiyyətlərindən biri beş dövlətin Xəzərdə baş verə biləcək hər şey üçün öz məsuliyyətini birmənalı şəkildə təsdiq etməsidir. Bu dövlətlər Xəzərdə meydana çıxacaq bütün məsələləri özləri həll edəcəklər".
S.Lavrov əlavə edib ki, qeyri-regional ölkələr isə Xəzəryanı dövlətlər tərəfindən bu Konvensiyada razılaşdırılmış şərtlər əsasında əməkdaşlıq etməyə dəvət olunurlar.
/Trend