Şəkərli sərnişin, sərxoş sürücü və əcnəbinin dosta zəngi – Reyddən VİDEO

Şəkərli sərnişin, sərxoş sürücü və əcnəbinin dosta zəngi –  Reyddən VİDEO

Bakıda növbəti reyd keçirilib; gecə yollarda qaydaları pozanlar saxlanılıb

Havanın qaralmasından istifadə edib qayda pozanlar saxlanıldı. İstirahət, xüsusən də şənbə və bazar günləri yollarda əhalinin təhlükəsizliyini gücləndirmək məqsədilə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi müntəzəm reydlər keçirir. Ötən gecə isə belə bir tədbir keçirilib. Ağır tonnajlı yük avtomobillərinin şəhərin mərkəzinə girişinin qadağan olunmasına baxmayaraq, bu qadağanı pozan, hətta nömrəni gizlədən sürücülər hələ də iş başındadır. Özü də tərliklə. Dövlət nömrə nişanının bu vəziyyətdə olmasının ilkin fərziyyəsi də vardı; radarlar.

Sürücüyə yol verdiyi qayda pozuntusuna uyğun protokol tərtib edildi, təlimatlandırıcı xəbərdarlıq edildikdən sonra sərbəst buraxıldı.

Növbəti qayda pozuntusu da dövlət nömrə nişanının görüntüsünün məhdudlaşdırılması ilə əlaqədar oldu. Toydan gələn və elə toy ab-havasında olan iki avtomobilin sürücüsü avtomobilin yük yerinə bağladığı bəzəklə dövlət nömrə nişanının tələblərini pozmuşdu.

Qadağan olunmuş siren siqnallarının qoşulub-qoşulmaması da yoxlandıqdan sonra aidiyyəti üzrə protokol tərtib edildi və avtomobillər sərbəst buraxıldı.

Reyd zamanı bir neçə kiçik qayda pozuntuları da aşkar edildi. İlkin araşdırmadan və sənəd yoxlanışından sonra avtomobillər sərbəst buraxıldı.

Lakin yolun hərəkət hissəsində avtomobilini saxlayıb sənədini təqdim etməyən sürücülər də oldu. Onlardan biri sonradan maşını yol kənarına çəksə də, inadından dönməyərək sənədlərin təqdim etmədi. Hansısa fövqəlgücə zəng edən sürücünün əcnəbi vətəndaş olduğu aydınlaşdı. 

Ürəyi istəyən yerdə dayanmaq istəyən sürücü tabesizlik göstərdikdə qanunvericiliyə uyğun olaraq, Post Patrul Xidmətinin əməkdaşlarının köməyilə polis bölməsinə aparıldı.

«90-HM-362 dövlət nömrə nişanlı avtomobil yolun hərəkət hissəni məhdudlaşdırdığına görə tərəfimizdən verilmiş işarəyə məhəl qoymayıb. Nəqliyyat vasitəsi saxlanıldıqda məlum oldu ki, nəqliyyat vasitəsinin ödənilməyən cəriməsi var. Polisin qanuni tələblərinə tabe olmadğına görə, əlavə naryad dəvət olunub. Polis bölməsində vətəndaş barəsində müvafiq araşdırmalar davam etdiriləcək”, – deyə DYP inspektoru Şükür Cəfərov bildirib.

“Açıq-aşkar sənəd təqdim etmirəm deməsi ondan xəbər verir ki, əcnəbi vətəndaşlar artıq buradakı şəraitə uyğunlaşıb. Ona görə barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görüləcəkdir”, - deyə BŞBDYPİ-nin şöbə rəisi Vaqif Əsədov qeyd edib.

Gecə boyu davam edən reydlər zamanı növbəti qayda pozuntusunu Bibiheybət qəsəbəsindən üzü şəhər istiqamətində hərəkətdə olan “Mercedes” 190 markalı avtomobil etdi. Yüksək sürətlə hərkət edən avtomobilin sürücüsü yol polisinin saxla əmrinə tabe olmayaraq, təhlükəli manevrlərlə bir neçə dəfə qəza şəraiti yaradır. Avtomobil süni tıxac yaradılaraq saxlanılıb. Avtomobildə sürücüdən başqa 3 sərnişin də vardı. 1 oğlan və 2 xanım. Xanımlardan birinin dediyinə görə, şəkəri var. Amma bu yüksək sürət və manevrlərlə səyahət edən sürücünün şakərinə mane olmayıb. İlkin istintaq zamanı sürücünün sərxoş olduğu müəyyənləşdi. “Görülən tədbirlə hesabına tərtib edilmiş inzibati protokolların sayı xeyli azalıb. Əlbəttə ki, bu sevindirici haldır. Məqsədimiz təhlükəsizliyi tam şəkildə təmin edib, hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatmasına nail olmaqdır”, – deyə Vaqif Əsədov qeyd edib.

Ümid edirik ki, bu cür reydlər yol-nəqliyyat qəzalarının azalmasında effektivliyini biruzə verəcək.


OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzasında həlak olanlardan 4 nəfərin nəşi Bakıya gətiriləcək

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxı...

Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Azərbaycan vətəndaşı Məmmədov Vüsal Şahmalı oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib.   Bu bar...

Qəzada sağ qalan sərnişinlərdən 7 nəfər Bakıya gətirilib

"AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə xilasedicilər, Səhiyyə Nazirliyinin peşəkar həki...

Həlak olan 38 nəfərdən 10-nun şəxsiyyəti müəyyənləşdi

Azərbaycana məxsus təyyarənin qəzaya uğradığı ərazidə meyitləri aşkarlanan 38 nəfərdən 10 nəfərin şəxsiyyəti müəyyənləşib.   Sfera.az xəbər verir ki,...

Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilmədi

Gürcüstanın Batumi şəhərindən Moskvaya uçmalı olan Rusiyanın "Azimut" aviaşirkətinin təyyarəsi havaya qalxa bilməyib.   Sfera.az xəbər veri...

Sabirabadda yeniyetmələr arasında dava: Bıçaqlanan var

Sabirabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb.   Sfera.az xəbər verir ki, həmyaşıdlar arasında baş verən mübahisə zəminində Sabirabad rayonunun Xəlifəi k...