Qurban Qurbanovdan şok qərar: Yığmadan istefa verdi

13:41 / 08.12.2018
6656
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Qurban Qurbanov ötən ilin noyabr ayında milli komandanın baş məşqçisi təyin olunmuşdu.
46 yaşlı mütəxəssis istefa qərarını özünün də üzvü olduğu AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında açıqlayıb. Eyni zamanda "Qarabağ"ı çalışdıran Qurbanov komitənin yığıncağında yığma ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsini istəyib. Mütəxəssisin bu istəyi qəbul olunub.
Qeyd edək ki, Qurban Qurbanov ötən ilin noyabr ayında milli komandanın baş məşqçisi təyin olunmuşdu.