Lukaşenko Paşinyanı itələdi - VİDEO

Lukaşenko Paşinyanı itələdi - VİDEO
Dekabrın 6-da Sankt-Peterburq şəhərində MDB-nin qeyri-rəsmi zirvə toplantısı keçirilib. 
 
Rusiya lideri Vladimir Putin B.N.Yeltsin adına prezident kitabxanasında qonaqlarını qarşılayıb. 

Görüşdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş nazir v.i.e  Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Soronbay Jeyenbekov, Moldava prezidenti İqor Dodon, Tacikistan prezidenti Emomali Rahmon, Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan prezidenti Şəvqət Mirziyoyev iştirak edib.

Ənənəvi şəkil çəkmə mərasimində kuryoz bir hadisə yaşanıb: Aleksandr Lukaşenko yanında dayanan Nikol Paşinyana dirsəyi ilə vuraraq, ciddi şəkildə ona nələrisə deyir.

Xatırladaq ki, KTMT-nin yeni baş katibinin təyinatı ilə bağlı Yerevanla Minsk arasında gərgin polemika yaranıb.

Belə ki, Ermənistanda yaşanan 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işinə görə, Yuriy Xaçaturov ölkəsinə geri çağırılıb.

Ermənistanın baş nazir v.i.e. Nikol Paşinyan hələ noyabr ayında Belarus və Qazaxıstan prezidentlərindən baş katib haqqında verdikləri bəyanatlarla bağlı izahat istəyəcəyini bildirmişdi. 

Ancaq əvvəl Rusiya KİV-də deyildiyi kimi, Nikol Paşinyan  Peterburqa gəlişindən sonra sözünün üstündə durmayıb. O  yalnız Yerevanda at oynatmağı bacarır.   Avrasiya İqtisadi şurasının ali iclasında da  erməni baş nazirin "ağzına su alaraq” sakit əyləşdiyini görmək olub.



 

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...