Gülnarəyə görə 14 milyard dollar!

Gülnarəyə görə 14 milyard dollar!
İsveç telekommunikasiya nəhəngi "Telia Sonera” Özbəkistanda mərhum keçmiş prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya verdiyi 250 milyon dollar rüşvətə görə indiyə qədər cəmi 14 milyard dollar ziyana düşüb.
 
Bu barədə şirkətin baş direktoru Yohan Dennilend keçirdiyi mətbuat konfransında bildirib.
"Telia” bu günlərdə Özbəkistanın Ucell mobil rabitə operatorundakı payını 215 milyon dollara satıb. Səhmləri Özbəkistan dövləti alıb. Bununla da "Telia” Özbəkistan bazarını tərk edib.


"Biz şirkətimizin tarixində kifayət qədər kədərli və olduqca baha başa gələn səhifəni qapadırıq”-Dennilend bildirib.

"Telia”nın rəhbəri deyib ki, 215 milyon dollar Ucell-in səhm paketinin bazar dəyəridir. Lakin ümumən Özbəkistan bazarını tərk etmək şirkətə 1 milyard dollara başa gəlib. Çünki "Telia” 2017-ci ildə Özbəkistandakı korrupsiya qalmaqalına görə cərimə şəklində 965 milyon dollar ödəməli olub.

"Sövdələşmənin təkcə bu hissəsi 1 milyard dollar olub, amma əgər bütün layihəni hesablasaq Özbəkistana görə bizim itirdiklərimiz 14 milyard dollardır”-Dennilend deyib.

Xatırladaq ki, bundan əvvəl "Telia” Azərbaycanın "Azərcell” mobil rabitə operatorundakı payını da satıb. Şirkət Örta Asiya və Azərbaycanda üzləşdiyi korrupsiya qalmaqalına görə bütün keçmiş sovet respublikaları bazarını tərk etməyi qərara alıb. Hazırda "Telia”nın təkcə Moldova və Qazaxıstanda aktivləri var, amma onları da satmağı planlaşdırır.

Şirkətin Özbəkistan bazarına daxil olmaq üçün Gülnarə Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyini İsveç jurnalistləri araşdırıb ortaya çıxarmışdılar. Bu, böyük qalmaqala, "Telia”nın yüksək vəzifəli şəxslərinin həbsinə və istefalara səbəb oldu.
 
/Virtualaz.org

 

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...