15 yaşında zorla ərə verildi, hamilə qalsın deyə əri hər gecə... - Tükləriniz biz-biz olacaq

15 yaşında zorla ərə verildi, hamilə qalsın deyə əri hər gecə... - Tükləriniz biz-biz olacaq
İngiltərədə qızların zorla evləndirilməsi qanunla qadağan edilib. Lakin son 4 il ərzində qızını və ya yaxın qohumunu zorla evləndirdiyinə göeə 4 nəfər həbs edilib. Amma xarici və daxili işlər nazirlikləri mindən çox qurbana dəstək verib. Hökumət bu sayın azalması üçün qurbanlara haqq səslərini ucaltmağı tövsiyə edir.

 
Erkən nikahın qurbanı olan bir qadının hekayəsini təqdim edirik:

Uelsin cənubunda doğulan 35 yaşlı Rubio Marieni 15 yaşında ailəsi məcbur evləndirib.

"Ailəm məni tətil adı ilə Banqladeşə apardı. Əvvəl 6 həftə qalacağımızı demişdilər, amma bu altı aya qədər uzandı. Atamdan nə vaxt evə qayıdacağımızı soruşdum. Bilet pulumuzun olmadığını dedi. Mən dostlarım, evim, məktəbim üçün darıxmışdım. Bilet pulunun olmamasının bəhanə olduğunu bilirdim. Sonradan başa düşdüm ki, əsas niyyəti məni evləndirmək imiş. Bir gün ailə yeməyində atam "Rubieni evləndirsək, pis olmaz” dedi. Çox pis oldum. Boşqabımı alıb yerə çırpdım, qapıları yumruqladım. Qışqıraraq otağıma getdim. Bu cümləni necə həzm edəcəyimi bilmirdim. Məni satışa çıxartdılar. Əmim təklifləri yığdı, çox qorxunc idi. Mənə kölə kimi baxırdılar. Tanımadığım ölkədə idim, heç bir yeri tanımırdım”.

Marie 30 yaşlı bir adamla evləndirilib:

"Nişanda hamı gəlini görmək üçün sıraya düzülmüşdü. Mən ortada durmuşdum, onlar üçün əşya olduğumu düşünürdüm. Evə qayıtmaq istəyirdim və buna görə həmin gün nə lazımdırsa etməyə qərar verdim”.

Marie evləndikdən sonra ərinin əsl niyyətini anladığını deyir:

"O, İngiltərəyə getmək istəyirdi. Buna görə də tez bir zamanda uşağımız olmalı idi. Hamilə qalmağım üçün hər gün, hər gecə mənə təcavüz edirdi. Nəhayət, hamilə qaldım. Uşaq dünyaya gələn kimi qaçdım. Evdən qaçmağımı ailəm namuslarına ləkə kimi qəbul etdi. Məni övladlıqdan rədd etdilər”.

Bu gün Marie gəncləri erkən nikaha qarşı maarifləndirir.

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...