Azərbaycanda BOKT-ların kredit portfeli azalıb

İqtisadiyyat
18:56 / 05.12.2018
1983
Bu ilin oktyabr ayında Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) ölkə iqtisadiyyatına kredit qoyuluşun 9,1 mln. manat və yaxud 2,3% azalaraq noyabrın 1-nə 392 mln. manat təşkil edib.
"Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
İlin əvvəli ilə müqayisədə azalma isə 28,2 mln. manat və yaxud 6,7%-dir.
Hesabat ayında BOKT-ların cəmi kreditlərdə xüsusi çəkisi 3,3%-dən 3,2%-ə enib.
Bizi Telegramda oxuyun!
Sfera.az