Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakı şəhərində start götürmüş "Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransının ziyarətçilərini ən müasir texnologiyalar, rahat və müasir məhsul və xidmətlər və şirkətin son nailiyyətləri ilə tanış edir.

Sərginin ilk günündə media nümayəndələri üçün keçirilmiş brifinqdə "Bakcell”in baş icraçı direktoru Nikolai Beckers şirkətin "Bakutel-2018” sərgisində nümayiş olunan texnologiyalar və rəqəmsal layihələr barədə danışıb: "Bu il stendimizin qonaqları Azərbaycanda ilk dəfə olaraq "5G-yə hazırlıq” adlanan 4.5G texnologiyası üzərindən təmin olunan 600 Mbps mobil sürətini sınaqdan keçirə biləcək, şirkətin ən uğurlu layihələri və təşəbbüsləri barədə məlumat alacaqlar. 2019-cu il ərzində ölkənin ən sürətli 4G şəbəkəsinin regionlara doğru genişləndirilməsi və onun inkişafı istiqamətində aparılan işlər davam etdiriləcək. Gələn ilin sonuna qədər Bakcell Azərbaycan əhalisinin 95 faizini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır”.
 
"Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi”ni sınaqdan keçir və hədiyyə qazan!

"Bakutel-2018” sərgisində quraşdırılmış Bakcell stendinin qonaqları tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilmiş və Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə tanış olmaq fürsətinə malikdirlər. Öz gücünə güvənən iştirakçılar isə stenddə quraşdırılmış xüsusi qurğuda top ataraq yarışacaq və "Bakcell”dən pulsuz İnternet qazanacaq və 4G internetinin üstünlüklərindən yararlanacaqlar.
 
"Mənim Bakcellim” aplikasiyasının yeni istifadəçiləri üçün lotereya

Sərgi ziyarətçiləri Bakcell şirkətinin yeni istifadəyə verilmiş "Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış ola, müştəri xidmətləri ilə canlı əlaqə yaradıb sualları verə, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat ala biləcəklər. "Google Play Store” və ya "AppStore” mobil dükanlarından "Mənim Bakcellim” aplikasiyasını yükləyən qonaqlar isə xüsusi lotereyada iştirak edib hədiyyə qazanacaqlar.
 
"AppLab” guşəsində ən maraqlı startap layihələri

"AppLab” guşəsində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərə kömək edən AppLab inkubasiya mərkəzinin 2 yeni layihəsi  - "Run2Help” və "bilik.az” təqdim ediləcək.
 
"Wi-Fi Evinizdə” – 4G olan hər yerdə internet

"Wi-Fi Evinizdə” guşəsində sərgi ziyarətçiləri rahat ev şəraitində  "Bakcell”in yeni təqdim olunmuş Wi-Fi qurğusunun üstünlüklərini görəcək, ölkənin ən sürətli 4G internetindən istifadə edəcək və "Virtuall Realliq” proqramında futbol oynayacaqlar.
 
"Ulduzum”la oyna və hədiyyə qazan!

Bakcell şirkətinin "Bakutel 2018” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz və hədiyyəsiz ayrılmayacaqlar. Onlar "Ulduzum” loyallıq proqramına aid labirint oyununda iştirak edərək "Ulduzum” tərəfdaşlarından maraqlı hədiyyələr qazanacaqlar.

Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti "Bakutel 2018” sərgisinin bütün ziyarətçilərini öz stendinə dəvət edir.

Kiçik və orta biznesə dəstək

Nikolai Beckers bildirib ki, Bakcell şirkəti bu il Bakutel sərgisi çərçivəsində innovasiya və texnologilayarı nümayiş etdirməklə bərabər, kiçik və orta sahibkarlığa da dəstək göstərir. Belə ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə təşkil olunan digər stenddə də təmsil olunan Bakcell şirkəti ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə start verilmiş "KOB Dəstək” proqramı çərçivəsində startapların və bizneslərin "Bakutel 2018” sərgisində təmsil olunmasına dəstək göstərir.


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...