İranın taleyi necə olacaq? - ŞƏRH

İranın taleyi necə olacaq? - ŞƏRH
"İranda panfarsizm ideologiyası hakimdir. Həmin sistemin davam etməsi fonunda bəzi digər yerlərdə olduğu kimi, İranda da mərkəzdənqaçma meylinin baş verməsi və ölkənin bir neçə yerə parçalanması gözləniləndir”.
 
Sfera.az-a açıqlamasında bu sözləri İranın 7 yerə parçalanacağı ilə bağlı rusiyalı politoloq Stanislav Tarasovun fikirlərinə münasibət bildirərkən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan deyib:
 
"İranda mövcud olan milli problemlər həll olunmazsa, başqa mədəniyyətlər sıxışdırılmaqda, assimiliyasiya davam edərsə, mərkəzdənqaçma halları istər-istəməz artacaq. Bu təkcə İran deyil, Rusiyaya da aiddir. Məsələn, SSRİ dağılandan sonra Rusiyadakı bir sıra muxtar respublikaların ondan ayrılacağı, bu ölkənin 10-12 yerə parçalanacağı haqqında fikirlər mövcuddur. Belə vəziyyət İrana da aiddir. Sovet hökumətinin dağılmasının səbəblərindən biri iqtisadiyyatın zəifləməsi olub. Bu mənada İranda iqtisadiyyatın, mərkəzi hakimiyyətin zəifləməsi fonunda həmin ölkənin də müəyyən hissələrə parçalanması labüddür. İranda, eləcə də Rusiyada milli məsələlər həll olunmayıb. Bu sahədə boşluqlar var. Hətta Rusiyada məişətdə ciddi problemlər var. Qafqazlılara qarşı şimal ölkəsində kin mövcuddur. İranda da milli məsələ həll olunmayıb. Orada panfarsizm ideologiyası hakimdir. Assimilizasiya etmək, millətlərin varlığını danmaqla onları uzun müddət hansısa yabanı mədəniyyətin qılıncı altında saxlamaq mümkün olmayacaq”.
 
Qeyd edək ki, rusiyalı politoloq Stanislav Tarasov İranın 7 yerə bölünəcəyini bildirib. Regiondakı vəziyyətdən danışan politoloq vurğulayıb ki, İran məsələsi xüsusi narahatlıq yaradır. Onun sözlərinə görə, variantlardan biri İranın 7 hissəyə bölünməsi ola bilər. Bu hissələrdən biri də Azərbaycan adlandırılacaq.
 
ELÇİN
Sfera.az

OXŞAR XƏBƏRLƏR