Özəl klinikalarda peyvəndin baha olmasının İLGİNC SƏBƏBİ

Özəl klinikalarda peyvəndin baha olmasının İLGİNC SƏBƏBİ
"Peyvəndlə əlaqədar vaksinlərin istehsal edildiyi ölkədən asılı olaraq onların keyfiyyətinin fərqləndiyi barədə mülahizələr tamamilə yanlışdır”.
Sfera.az-ın məlumatına görə, bunu Medicina.az saytına müsahibəsində tibb elmləri doktoru, professor K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib. 

Baş pediatr deyib ki, peyvəndlərin tərkibi eynidir və bu gün peyvənd üçün vaksinlərin hansı ölkədə istehsal edilməsindən asılı olmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı onun keyfiyyətinə, tərkibinə xüsusi nəzarət edir. N. Quliyev özəl xəstəxanalarda peyvəndin baha olmasının səbəblərinə də aydınlıq gətirib:
 
"Dövlət bunu pulsuz həyata keçirir, özəl xəstəxanalar isə bunu 10-15 dəfə baha edir. Bunun səbəblərinə gəlincə, dövlət bu vaksinləri istehsalçı ilə  öncədən bağladığı müqavilə əsasında əhalinin tələbatına uyğun olaraq məsələn, 2 milyon doza alır. Dövlət bunu topdansatış qiymətinə alır və müqavilədə öncədən qiymət göstərildiyi üçün qiymətə dəyişiklik etmək mümkün deyil. Həm də dövlət peyvəndi bir dozalıq almır. Məsələn, 10, 20 dozalıq bir flakonda alır. Yəni qablaşdırmaya gedən pul da bu halda xərcdən çıxır. Nə zaman ki, vaksinin hər dozası bir şprisə yığılır, bu, qiymətə təsir edir. Özəl xəstəxanalar da vaksini bir dozalıq alır, çünki özəl xəstəxanaya uşaqlar çox gəlmir, əksər halda bir uşaq gəlir. Əgər  10 dozalıq bir flakon açsalar, onu işlətməlidirlər və bir uşaq olduğu üçün 9 dozanı atmalıdırlar.  Ona görə də özəl xəstəxanalar vaksinləri topdansatış deyil, pərakəndə satış qiyməti ilə alırlar. Peyvəndin pərakəndə satış qiyməti ilə bərabər özəl xəstəxanalarda peyvəndin vurulması da çox bahadır”. 

N. Quliyev onu da nəzərə çatdırıb ki, Azərbaycandan fərqli olaraq bir çox ölkələrdə dövlət uşaqların sayına uyğun vaksinlər almır: "Məsələn, Ukraynada dövlət uşaqların 60 faizi üçün peyvənd alır, çünki dövlətin  imkanı yoxdur”.

OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...