Bu gün "Qızıl top" mükafatının sahibi müəyyənləşəcək

Bu gün
Bu gün "France Football" jurnalı tərəfindən dünyada ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatının sahibi müəyyənləşəcək.

Mükafatın təqdimatı Fransanın paytaxtı Parisdə keçiriləcək və Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

"Qızıl top"a 30 futbolçu namizəd göstərilib. Onlardan hərəyə 4-ü qapıçı və müdafiəçilər, 7-si yarımmüdafiəçilər, 15-i isə hücumçulardır. Əsas namizəd isə Xorvatiya millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Luka Modriçdir. O, 2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olub. 

Qapıçılar: Alison Bekker ("Liverpul" İngiltərə, Braziliya), Tibo Kurtua ("Real Madrid" İspaniya, Belçika), Uqo Lyoris ("Tottenhem" İngiltərə, Fransa), Yan Oblak ("Atletiko" İspaniya, Sloveniya)

Müdafiəçilər: Diyeqo Qodin ("Atletiko" İspaniya, Uruqvay), Marselo ("Real Madrid" İspaniya, Braziliya), Serxio Ramos ("Real Madrid", İspaniya), Rafael Varan ("Real Madrid" İspaniya, Fransa)

Yarımmüdafiəçilər: Kevin de Brüyne ("Mançester Siti" İngiltərə, Belçika), İsko ("Real Madrid", İspaniya), NQolo Kante ("Çelsi" İngiltərə, Fransa), Luka Modriç ("Real Madrid" İspaniya, Xorvatiya), Pol Poqba ("Mançester Yunayted" İngiltərə, Fransa), İvan Rakitiç ("Barselona" İspaniya, Xorvatiya), Məhəmməd Salah ("Liverpul" İngiltərə, Misir)

Hücumçular: Serxio Aqüero ("Mançester Siti" İngiltərə, Argentina), Qaret Beyl ("Real Madrid" İspaniya, Uels), Kərim Benzema ("Real Madrid" İspaniya, Fransa), Edinson Kavani (PSJ Fransa, Uruqvay), Kriştianu Ronaldu ("Yuventus" İtaliya, Portuqaliya), Roberto Firmino ("Liverpul" İngiltərə, Braziliya), Antuan Qrizmann ("Atletiko" İspaniya, Fransa), Eden Azar ("Çelsi" İngiltərə, Belçika), Harri Keyn ("Tottenhem", İngiltərə), Mario Mancukiç ("Yuventus" İtaliya, Xorvatiya), Sadio Mane ("Liverpul" İngiltərə, Seneqal), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi ("Barselona" İspaniya, Argentina), Neymar (PSJ Fransa, Braziliya), Luis Suares ("Barselona" İspaniya, Uruqvay)

Tədbirdə həmçinin ilk dəfə olaraq, ilin ən yaxşı qadın futbolçusuna da "Qızıl top" mükafatı təqdim olunacaq. Parisdəki mərasimdə ilin ən yaxşı gənc futbolçusu da müəyyənləşəcək.

Qeyd edək ki, "Qızıl top" mükafatının qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində bəlli olur. Mükafatın hazırkı sahibi yayda İspaniya "Real Madrid"indən İtaliyanın "Yuventus" klubuna keçən portuqaliyalı futbolçu Kriştianu Ronaldudur. Ən çox qazanan oyunçular siyahısında da Ronaldu İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi ilə birlikdə zirvədə qərarlaşıb. Onlar hərəyə 5 dəfə bu mükafata sahib olublar./report
 

OXŞAR XƏBƏRLƏR

Nadir və ağrılı xəstəlik səbəbindən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...

İtkin düşən kişinin cəsədi 28 ildən sonra olduğu kimi tapıldı - FOTO

Pakistanda bir çoban təsadüfən 1997-ci ildən itkin düşmüş yerli sakinin cəsədini tapıb.   Sfera.az bildirir ki, Nasiruddin (Nəsirəddin) adlı şəxsin büt...

Ana olmağa hazırlaşan Rihannanın maraqlı tərzi - FOTOLAR

Məşhur müğənni Rihanna Los-Ancelesdə görüntülənib.   Sfera.az xəbər verir ki, ifaçı "Issey Miyake" brendinin 2001-ci ilin yay kol...

BƏƏ Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkə...