Kadırov rəqibini nokauta salan Zabit Səmədovu təbrik etdi

Kadırov rəqibini nokauta salan Zabit Səmədovu təbrik etdi
Azərbaycanlı kikboksçu Zabit Səmədov Belarusun paytaxtı Minskdə növbəti döyüşünü keçirib.

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, "Axmat” Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər – "Mauqli” ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.

Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Zabit Səmədovu bu qələbə münasibətilə təbrik edib. Sosial şəbəkədə fikirlərini bölüşən R.Kadırov Z.Səmədov və "Axmat" klubunun digər üzvlərinin gözəl və inamlı qələbələr qazandıqlarını bildirib. O, qələbələrə sevindiyini vurğulayaraq, azarkeşlərin də məmnun olduqlarına əminlik ifadə edib: "Zabit Səmədova və Çeçenistan Respublikası Kikboksinq Federasiyasının prezidenti Məhəmməd-Əmi Əhmədova yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürümü bildirir, bütün qalibləri gözəl nəticələri münasibətilə təbrik edirəm. Hamınıza uğurlarınızın davamını arzulayıram".
 

 

OXŞAR XƏBƏRLƏR

Bunun üçün icazə tələb olunmayacaq

Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.   Sfera.az xəbər verir ki, yenilənmiş qanu...

Ukraynada hərbi vəziyyət və səfərbərlik uzadıldı

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasını dəstəkləyib.   Sfera.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, b...

Prezident FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Naz...

"Süni intellekti iqtisadiyyata tətbiq edən ölkələr qlobal bazarlarda lider olacaqlar" - ŞƏRH

“Süni intellektin iqtisadi inkişafa təsirinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı deputat T...

Prezident “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.   ...

“2025-ci ildə neftə tələb artacaq” - İEA

Beynəlxalq Enerji Agentliyi (İEA) bu il qlobal neft tələbinin gündəlik 1,054 milyon barel artaraq orta hesabla 103,96 milyon barelə çatacağını proqnozlaşdırıb. ...