“Ana mənə soyuqdur, görmürəm” – İlham Zəkiyevin qan donduran həyat hekayəsi

“Ana mənə soyuqdur, görmürəm” – İlham Zəkiyevin qan donduran həyat hekayəsi
3 dekabr - Beynəlxalq Əlillər günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Bəziləri əlilliyi "alın yazısı” sayır və hesab edirlər ki, fiziki qüsurlu insanlar həyatda ciddi uğur qazana bilməzlər. Lakin onları yanıldan, milyonlarla insana örnək olan, "uğur hekayəsi” yazan fiziki qüsurlu insanlar var.

Sfera.az Azxeber.com-a istinadən belə insanlardan birindən – ikiqat dünya, yeddiqat Avropa çemiponu, Avropa Olimpiya oyunlarının qalibi – İlham Zəkiyevdən bəhs edəcək.

İlham Zəkiyev kimdir?

Qəhrəmanımız 3 mart 1980-ci ildə anadan olub. Orta maddi imkanlara malik ailədə dünyaya göz açan İlham hələ uşaq yaşlarından prinsipiallığı ilə həmyaşdırlarından fərqlənir. Sumqayıt məktəbliləri arasında xüsusi ad-sana malik gələcək çempion 15 yaşında peşəkar idmanla məşğul olmağa başlayır. Çox qısa müddətə fərqlənməyi bacarır. Sumqayıtda cüdo üzrə keçirilən yarışlarda qalib gəlir, sambo üzrə yeniyetmələr arasında Azərbaycan çempionu olur.


"Ana mənə soyuqdur, üstümü ört”…


1996-cı ildə cüdo üzrə təsnifatı keçə bilməyən İlham yığmaya düşə bilmir və əsgər gedir. Orada, cəbhədə snayper gülləsi onun sol gicgahından girib, sağ gicgahından çıxır. Beş gün komada qalır və həkimlər onun öləcəyini bildirirlər. Beləcə gözləyirlər… Beş gün sonra möcüzə baş verir. İlham ayılır… Anasının "İlham, oğlum ayıl” çağırışa "Ana mənə soyuqdur, üstümü ört” deyə reaksiya verir. Anası öz jaketini onun üstünə sərir. Ölümün pənccəsindən xilas olan İlham ayılanda başa düşür ki, daha görməyəcək, çünki gözləri kor olub. İlham yenə döyüşür və… 


Sağlamlığını itirir, ümidini isə əsla…


19 yaşında görmə qabiliyyətini itirməsi onu çətin vəziyyətə salır. Ailəsinin və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması İlhama belə çətin dövrü arxada qoymağa kömək edir. Belə bir vəziyyətdə onun böyük idmana qayıtması böyük bir fantaziya sayılırdı. Buna baxmayaraq İlham idmana yenidən qayıtmaq üçün yollar arayır. Rusiyaya gedən İlhama orada həkimlər bildirirlər ki, belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir təbabət hələlik qadir deyil. Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər.


Hər şey yenidən başlayır və bu dəfə O…


Görmə qabiliyyətini itirməsinə, aldığı bu ağır yaraya baxmayaraq, İlham idmana qayıtmaq üçün özündə güc tapır və ikiqat Paralimpiya Oyunlarında böyük nailiyyətlər qazanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan idmanındakı uğurlarına görə "Şöhrət" ordeni ilə təltif edilir. 2009-cu ildə isə ona Əməkdar İdman Ustası fəxri adı verilib. 2 dəfə paralimpiya oyunları, 2 dəfə dünya, 5 dəfə Avropa çempionu, Avropa Oyunlarının qalibi olur.


Sonunu düşünən qəhrəman olmaz…


Hamının onun yaşayacağına möcüzə kimi baxdığı qəhrəmanın bu gün çox gözəl ailəsi var. 2005-ci ildə əsgərlik xidmətindən qabaq gördüyü və tanıdığı qızla Azərbaycan ənənələrinə uyğun olaraq ailə həyatı qurur. Onların toy günündə ölkə prezidenti də öz təbrik məktubunu göndərir. Hazırda onun 2 oğlu var. Özünün dediyinə görə "Oğlu İlkin harada Azərbaycan bayrağı görsə, tez bərkdən deyir: "Ata çempion".
 

OXŞAR XƏBƏRLƏR

Nadir və ağrılı xəstəlik səbəbindən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...

İtkin düşən kişinin cəsədi 28 ildən sonra olduğu kimi tapıldı - FOTO

Pakistanda bir çoban təsadüfən 1997-ci ildən itkin düşmüş yerli sakinin cəsədini tapıb.   Sfera.az bildirir ki, Nasiruddin (Nəsirəddin) adlı şəxsin büt...

Ana olmağa hazırlaşan Rihannanın maraqlı tərzi - FOTOLAR

Məşhur müğənni Rihanna Los-Ancelesdə görüntülənib.   Sfera.az xəbər verir ki, ifaçı "Issey Miyake" brendinin 2001-ci ilin yay kol...

BƏƏ Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkə...