Bakıda növbəti Formula 1 ilə bağlı SON VƏZİYYƏT açıqlandı

Bakıda növbəti Formula 1 ilə bağlı SON VƏZİYYƏT açıqlandı
Bakıda 2019-cu il 26-28 apreldə keçiriləcək Formula 1 Qran Prisinə əvvəlki yarışlardan daha böyük maraq var.
 
Sfera.az bildirir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kKommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, Azərbaycan Qran Prisinə maraq ilbəil artır. 2018-ci il Qran Prisində xarici tamaşaçılara əvvəlki yarışla müqayisədə 30 faiz çox bilet satılıb:

"Ümumilikdə isə Bakıda keçirilən ilk Formula 1 ilə indiyə qədər olan müddət ərzində xaricilərə bilet satışı 3 dəfə artıb. Bundan əlavə, 2017-ci ildə 65 ölkədən bilet alınmışdısa, 2018-ci ildə bu göstərici 78-ə çatıb. Yəni Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gələnlərin coğrafiyası çox genişdir. Paytaxtımızdakı yarışa həmişəki kimi Rusiya, Böyük Britaniya və Ukraynadan daha çox maraq göstərirlər. Həmçinin Niderland, Almaniya, ABŞ, eləcə də Yaxın Şərq ölkələri, xüsusən Birləşmiş Ərəb Əmirliklərindən böyük maraq var. Qarşıdakı Qran Pri üçün isə bilet satışının əvvəlki yarışlara nisbətən daha çox, bilet alan əcnəbilərin coğrafiyasının da daha geniş olacağı gözlənilir”.

Şöbə müdiri qeyd edib ki, hazırda bilet satışında endirim kampaniyası davam edir: "Biletlər həm xarici ölkələrin, həm də Azərbaycan vətəndaşları üçün 20 faiz endirimlə satılır. Bununla yanaşı, Azərbaycan vətəndaşları üçün əlavə 25 faizlik endirim də var”.

N.Arpadarai vurğulayıb ki, tribunaların sayı, eləcə də biletlərin kateqoriyaları dəyişməyib:
 
"Əvvəllər olduğu kimi, yenə də 1 və 4 günlük, eləcə də ayaqüstü izləmək üçün və tribunalara, həmçinin korporativ müştərilər üçün nəzərdə tutulmuş ayrıca məkanlara biletlər var".
 

BŞH rəsmisi Bakıda keçiriləcək Formula 1 ilə bağlı bütün işlərin qrafikə uyğun getdiyini bildirib. Onun sözlərinə görə, tezliklə Hökumət Evinin qarşısında Pit binasının quraşdırılmasına başlanılacaq. Gələn il isə yolların kənarında təhlükəsizlik maneələrinin qoyulması, tribunaların quraşdırılması üzrə işlər görüləcək.
N.Arpadarai növbəti ildə də Formula 1 çərçivəsində dünya ulduzlarının konsert proqramlarının təşkil olunacağını diqqətə çatdırıb.
 

OXŞAR XƏBƏRLƏR

Nadir və ağrılı xəstəlik səbəbindən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...

İtkin düşən kişinin cəsədi 28 ildən sonra olduğu kimi tapıldı - FOTO

Pakistanda bir çoban təsadüfən 1997-ci ildən itkin düşmüş yerli sakinin cəsədini tapıb.   Sfera.az bildirir ki, Nasiruddin (Nəsirəddin) adlı şəxsin büt...

Ana olmağa hazırlaşan Rihannanın maraqlı tərzi - FOTOLAR

Məşhur müğənni Rihanna Los-Ancelesdə görüntülənib.   Sfera.az xəbər verir ki, ifaçı "Issey Miyake" brendinin 2001-ci ilin yay kol...

BƏƏ Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkə...