Azərbaycanlı avtoritet İstanbulda öldürüldü - VİDEO

Azərbaycanlı avtoritet İstanbulda öldürüldü - VİDEO
Noyabrın 30-da Türkiyənin İstanbul şəhərində ölümlə nəticələnən atışma olub.

Bu barədə musavat.com-a İstanbuldakı mənbələrdən məlumat verilib.

Bildirilib ki, hadisə mübahisə zəminində baş verib. Əhmədli Ruslan kimi tanınan qanuni oğru aldığı güllə yarasından həyatını itirib. Ona atəş açan şəxsin də Azərbaycan vətəndaşı - Nicat adlı idmançı olduğu bildirilir.

Məlumata görə, Nicat son vaxtlar öz çevrəsində deyirmiş ki, o, oğru dünyasının əsas adamlarından olacaq. Kriminal aləmdə tanınmadığı, xüsusi çəkisi olmadığı deyilən birinin bu iddiaya düşməsi oğru aləmində xoş qarşılanmayıb. Nicatla görüşüb, söhbət etmək, 14 il qapalı rejimli həbsxanada cəza çəkmiş, oğru dünyasının avtoritetlərindən Ruslana həvalə edilib. Mənbə deyir ki, o, ötən gün Nicatı ofisinə çağıraraq, onunla söhbət edib. Hər iki azərbaycanlının söhbəti mübahisəyə çevrilib. Bu zaman əsəblərinə hakim ola bilməyən Nicat, üstündəki odlu silahı çıxararaq Ruslana iki dəfə atəş açıb. Ruslan aldığı güllə yarasından yerindəcə keçinib. Hadisə "Vadi İstanbul” deyilən ərazidə baş verib.

Bildirilib ki, hər iki şəxs vaxtilə mərhum Rövşən Lənkəranskininyanında olublar. Rövşənin ölümündən sonra o çevrədən ayrılıblar.


Nicat əslən cənub bölgəsindəndir. Ruslanın da Lənkərandan olduğu, amma Bakının Əhmədli qəsəbəsində doğulduğu deyilir.


2016-cı ilin yayında Rövşən Lənkəranski İstanbulda qanuni oğruların toplantısı keçirərkən Ruslan Əhmədliyə qanuni oğru titulu verib, ona tacqoyma mərasimi keçirib.


Qatilin hadisə yerindən qaçdığı, hələ də saxlanılmadığı da gələn xəbərlər sırasındadır. Nicatın boksçu olduğu və bir neçə dəfə ölkə üzrə çempion olduğu deyilir.






 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...