Bu il Azərbaycanda 547 nəfər IIV-ə yoluxub

Bu il Azərbaycanda 547 nəfər IIV-ə yoluxub
Bu ilin 11 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 547 nəfər təşkil edib ki, onlardan 529-u (96,7%) Azərbaycan vətəndaşı, 18-i (3,3%) isə əcnəbilərdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov bu gün keçirdikləri tədbirdə çıxışı zaman deyib.
E.Muradovun sözlərinə görə, ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6111 nəfər qeydiyyata götürülüb ki, onların da 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır.

Mərkəz rəsmisi əlavə edib ki, bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub. Ümumilikdə QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 950 nəfərdir.
2018-ci ilin 11 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş şəxslərin 43,8%-ində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 44,2%-ində heteroseksual, 2,6 %-ində homoseksual kontakt, 1,8%-ində anadan uşağa ötürülmə yolu, 0,02 %-ində donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7,6 %-ində yoluxma yolu müəyyən edilməkdədir.

E.Muradov qeyd edib ki, 2015-ci ilin iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2018-ci ilk 10 ayı ərzində 115348 şəxs IIV-ə görə müayinəyə cəlb olunub. Onların 128-də IIV-ə yoluxma faktı təsdiqlənib./Trend
 

OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...