Azərbaycan Pakistandan aviasiya bombaları alacaq

17:52 / 30.11.2018
2954
Pakistan Azərbaycana müxtəlif təyinatlı aviasiya bombalarının ixracını həyata keçirməyə hazırlaşır.
GİDS Pakistan hərbi sənayesinin ən böyük aparıcı müəssisələrindəndir. Şirkət bu günə qədər Azərbaycana müxtəlif müdafiə təyinatlı məmulatların ixracını həyata keçirib./virtualaz.org
Bu barədə "AzeriDefence” jurnalına Pakistanın GIDS (Global Industrial & Defence Solutions) dövlət şirkətindən məlumat verilib.
Şirkət rəsmilərinin sözlərinə görə, istehsal edilən müxtəlif təyinatlı aviasiya bombaları və yönləndirmə dəstlərinin Azərbaycan Hərbi Hava Qüvvələrinə təqdimatı keçirilib və bəyənilib. Bu aviasiya bombaları uzaq məsafədən düşmənin möhkəmləndirilmiş sığınacaqlarını, xüsusilə də betondan düzəldilmiş sığınacaqlarını dəqiqliklə məhv etməyə imkan verir. Bombalar həm NATO ölkələrində istehsal olunan təyyarələrdən, həm də Sovet təyyarələrindən atıla bilir.
Şirkət rəsmilərinin sözlərinə görə, aviasiya bombaları Azərbaycan Silahlı Qüvvələri tərəfindən bəyənilib və bu Azərbaycanın aviasiyasının gücünü daha da artıracaq. GİDS-dən həmçinin aviabombaların istehsalı üzrə Azərbaycan müdafiə sənayesi ilə əməkdaşlıq etməyə hazır olduqlarını və bununla bağlı Azərbaycan tərəfi ilə görüşlərin keçirildiyini bildiriblər.
Qeyd edək ki, bu günlərdə İDEAS-2018 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarı çərçivəsində Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov da GİDS şirkətinin stendinə baş çəkib. Şirkət rəhbərliyi tərəfindən ona GİDS şirkətində istehsal olunan müxtəlif məhsullar nümayiş etdirilib.