Prezident seçkiləri ilə bağlı Konstitusiya və Seçki Məcəlləsi arasındakı ziddiyyət aradan qaldırıldı

Siyasət
15:07 / 30.11.2018
2275
Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan ziddiyyət aradan qaldırılıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstitusiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir. Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.
/Trend